AFFA Əsgər Abdullayevin “Turan Tovuz”a qayıdışına mane olub.

Rekord.az-ın məlumatına görə, qərb təmsilçisinin rəhbərliyi keçmiş baş məşqçiləri ilə yenidən əməkdaşlığa maraq göstərsə də, federasiya bu izdivaca qarşı çıxıb.

Qurum İlham Yədullayevlə işbirliyinə son verən I Divizion təmsilçisinə başqa çalışdırıcı tapmağı məsləhət görüb.

Ə.Abdullayev müxtəlif vaxtlarda iki dəfə Tovuz klubunun sükanı arxasında dayanıb. O, 3 ilə yaxındır “Araz-Naxçıvan”da işləyir. (sportinfo.az)