AFFA futzal klublarına yardımdan imtina etdi
- 31 İyl 2023 17:00
- 371
Məlum olduğu kimi, bu ildən etibarən AFFA dövlətin ayırdığı vəsaiti bölüşdürərək Premyer Liqa, I Liqa və II Liqa klublarına maliyyə yardımı edəcək.
Rekord.az xəbər verir ki, analoji yardımın futzal klublarına ediləcəyi gözlənilsə də, bu, baş verməyib.
Hətta deyilənə görə, Azərbaycan Futzal Federasiyasının prezidenti buna görə AFFA rəhbərliyindən inciyib və onlara öz iradını çatdırıb. Lakin federasiyadan bildirilib ki, bu il üçün vəsait yalnız futbol klublarına nəzərdə tutulub və futzalla bağlı məsələyə yalnız 2024-cü ildə baxıla bilər.