Bildiyiniz kimi AFFA-nın təşəbbüsü ilə "Gənc Veteranlar İttifaqı" yaradıldı və futbolu yeni qurtaranlar ora cəlb olundu. Təbii ki, burda əsas məqsəd ənənəvi metodla futbol adamlarının agzını yummaqdır. Yəni iş verək, рul verək, sən də bizim yanımızda ol, bizi tənqid eləmə.

Rekord.az-a daxil olan məlmata görə AFFA bu ittifaqa cəlb etdiyi keçmiş futbolçuların hər birinə aydı 1500 manat maaş verir.

Əslində buna maaş yox "рaket" demək daha dogru olar. Çünki həmin veteranların heç biri ilə müavilə baglanmayıb və məbləg də qeyri-rəsmi olara verilir.

Qeyd edək ki, bu ittifaqda Ramiz Məmmədov, Zaur Ramazanov, Emin Quliyev, Hüseyn Məhəmmədov, Mahir Şükürov kimi veteranlar yer alıb.