AFFA Gəncə şəhər stadionunda inşa edilən Məşq Mərkəzi və Futbol Akademiyası üçün texniki binaların və qurğuların inşası ilə bağlı tender elan edib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Tender müddəti 7 oktyabr 2022-ci ilə qədərdir. İşin 30%-i görüldükdən sonra 30%, 60%-i görüldükdən sonra 30% və tamamlandıqdan sonra isə 60 gün ərzində 40% ödəniş ediləcək.

İşin tamamlanma tarixi: 15 yanvar 2023-cü il nəzərdə tutulub.

Tenderlə bağlı daha ətraflı məlumatlarla AFFA-nın saytında tanış olmaq olar.