AFFA hakimlərlə yanaşı, məlum səbəbdən oyunlara təyinat almayan hakim-inspektorlara və AFFA nümayəndələrinə də pul verəcək.

Rekord.az fanat.az-a istinadla xəbər verir ki, qurum məbləğ məsələsinə də çözüm tapıb.

Belə ki, hər hakim, hakim-inspektor və AFFA nümayəndəsi əvvəlki aylardakı orta qazancına uyğun para alacaq. 

Maddi dəstək aprel ayı üçün nəzərdə tutulub. Koronavirus pandemiyası üzündən yaranan durğunluq növbəti aylarda da davam edəcəyi halda, məsələyə yenidən baxılacaq.

Sonda qeyd edək ki, artıq sözügedən şəxslərdən bəzilərinin hesabına pul köçürmələri edilib.