Yeni yaradılan liqalar sayəsində oyun saylarının artamsı AFFA-nı çətin vəziyyətdə qoyub.

Rekord.az daha öncə də məlumat vermişdi ki, federasiya oyunlara göndərməyə hakim tapmadığı üçün uşaq liqalarındakı hakimləri dəII Liqaya cəlb edib.

Lakin nəzərə alaq ki, qarşıdan "Region Liqası" da gəlir və ora da hakim lazım olacaq. Əldə etdiyimiz son məlumata görə, AFFA Hakimlər Komitəsi məhz bu problemi qismən həll etmək üçün qadın hakimlərini də kişi liqalarına cəlb etməyə başlayıb.