Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Neftçi” – “Tufan” matçının 61-ci dəqiqəsində “Tufan”ın futbolçusu Ayaz Məmmədli rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb. Oyunun 61-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Nicat Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 87-ci dəqiqəsində “Tufan”ın futbolçusu Eldar Hüseynli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Tufan”ın baş məşqçisi Fərid Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Keşlə” – “Tufan” matçının 64-cü dəqiqəsində “Tufan”ın futbolçusu İlqar Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – İOEUGİM (Sumqayıt) matçının 10-cu dəqiqəsində İOEUGİM klubunun futbolçusu Əli Qarayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Səbail” – “Sabah” matçının 89-cu dəqiqəsində “Səbail”in futbolçusu Əli Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Sumqayıt” matçının 55-ci dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Ayxan Rəcizadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-17 Liqasında “Kəpəz” – “İsgəndər Cavadov BFA” matçının 53-cü dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu İdris Xanbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “Kəpəz”in məşqçisi Tarıyel Hüseynov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında ROFM – “Məqsəd Kursları” matçının 60-cı dəqiqəsində “Məqsəd Kursları”nın futbolçusu Süleyman Məmmədzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanıb.

U-14 Liqasında “Turan Tovuz” – UGİM (Qazax) matçının 7-ci dəqiqəsində “UGİM” klubunun baş məşqçisi Ədilxan Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “UGİM Top-Qapı” (Bərdə) – “UGİM Ulduz” (Mingəçevir) matçının 15-ci dəqiqəsində “UGİM Top-Qapı” klubunun məşqçisi Vaqif Süleymanov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Neftçi” – “Sabah” matçının 28-ci dəqiqəsində “Sabah”ın futbolçusu Mehdi Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Sumqayıt City” – RİOEUGİM matçının 26-cı dəqiqəsində “Sumqayıt City” klubunun baş məşqçisi Vəli Qafarov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında “Kür” (Samux) – “Tərəqqi” (Samux) matçında “Tərəqqi”nin heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində “Standard”ın futzalçısı Anar Həsənov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində “Standard” klubunun futzalçısı Seyidrəzi Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 30-cu dəqiqəsində “Standard” klubunun futzalçısı Fəyar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Yasamal İSK-2” – U-19 matçının 25-ci dəqiqəsində “Yasamal İSK-2” klubunun futzalçısı Nihad Mahmudov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Baku Fans” matçının 22-ci dəqiqəsində “Forza Neftçi” klubunun futzalçısı Natiq Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 27-ci dəqiqəsində “Baku Fans” klubunun futzalçısı Saleh Əzizov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Rəyyan MFK” – AzMİU matçının 30-cu dəqiqəsində AzMİU klubunun futzalçısı Onur Tatay ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Altay” – “Zirvə Bakı-2” matçının 23-cü dəqiqəsində “Zirvə Baku-2” klubunun futzalçısı Vüsal Nəsirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Star Karqo-2” matçının 21-ci dəqiqəsində “Borçalı”nın futbolçusu Asif İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.