Daha öncədən də xəbər verdiyimiz kimi, AFFA Hakimlər Komitəsinin hazırkı sədri Barış Şimşək yayda postunu tərk edir.

Rekord.az xəbər verir ki, bununla bağlı onun özünə də məlumat verilib.

Yeni sədrin kimliyi isə AFFA-nın yeni rəhbərliyinin qərarından sonra bilinəcək. Əcnəbi sədr variantı yenə gündəmdədi. Lakin federasiya daxilində yerli mütəxəssisin bu posta çalışmasının tərəfdarları da var. Bu mənada son günlər yeni sədrin yerli olması məsələsi də gündəmə gəlib, bununla bağlı müzakirələr gedir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.