AFFA bu ildən futbol hakimləri üçün akademiya yaratmağı düşünür.

Rekord.az xəbər verir ki, artıq bunun üçün vəsait də ayırılıb.

Akademiyanı yaratmqda məqsəd yeni hakimlərin yetişdirilməsinə hesablanıb. Akademiyaya yerli, yoxsa əcnəbi mütəxəssisin rəhbərlik etməsi ilə bağlı qərar isə hələlik verilməyib. Amma bizə çatan məlumata görə, davam edən müzakirələrdə əcnəbi mütəxəssis variantı daha çox hallanır. Lakin sədr əcnəbi olsa da, qalan bütün kadrların yerli olacağı planlaşdırılır.