Bildiyiniz kimi, AFFA koronavirus pandemiyası səbəbindən işsiz qalan futbol hakimlərinə maddi yardım etdiyini açıqlayıb. Hakimlərə həqiqətən də pul yardımı olunub. Amma...

Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, federasiya ədalət təmsilçilərinə bir məbləğ söz versə də, onlara başqa məbləğ ödəyib.

Belə ki, AFFA FİFA dərəcəli hakimlərə 1000, digərlərinə isə 500 manat yardım söz vermişdi. Lakin ödənilən məbləğ fərqli olub. Belə ki, FİFA dərəcəli hakimlər 500, digərləri isə 250 manat yardım alıb. Federasiya vəd verilən məbləğin iki dəfə azaldılmasını maliyyə çatışmazlığı ilə izah edib.