![photo](https://www.rekord.az/storage/uploads/4/mingecevir1.jpg)
AFFA hələ də Mingəçevir stadionu üçün vəsait ayırmayıb
- 26 Okt 2023 12:00
- 399
AFFA-nın dəstəyi ilə Mingəçevir stadionu ərazisində tikilən süni örtüklü yardımçı meydança hələ də yarımçıq qalıb.
Rekord.az xəbər verir ki, işin başa çatdırılması üçün əlavə maliyyə vəsaiti lazımdır.
Federasiya isə hələ də həmin vəsaiti ayırmır.
Qeyd edək ki, bu günə qədər meydançanın yeri təyin edilib, ilkin işlər görülüb, qum və çınqıl tökülüb, presslənib. Növbəti maliyyə lazımdır ki, kənarlar hasarlansın və yerə süni örtük döşənsin.