![photo](https://www.rekord.az/storage/uploads/4/affa-10.jpg)
AFFA hərbi xidmət yaşı çatmış milli üzvlərinə kömək etmədi
- 29 İyl 2023 17:00
- 958
Azərbaycan futbolunun əsas problemlərindən biri də hərbi xidmət yaşı çatmış istedadlı futbolçularla bağlıdır.
Rekord.az xəbər verir ki, xidmər yaşı çatmış futbolçulara çağırış vərəqi gəlir və onlar qeyri-şərtsiz hərbi hissələrə göndərilir, bununla da 1 il, 1.5 il futbolsuz qalan həmin uşaqlar sonradan, ümumiyyətlə, bu idman növündən kənarlaşırlar.
Halbuki AFFA istəsə, məsələni hansısa formada həll edə bilər. Bunun üçün Müdafiə Nazirliyi ilə danışıb MOİK variantından majsimum istifadə etmək olar. Lakin bizdə olan məlumata görə, federasiya bu məsələlərdən qaçır. Belə ki, bu yaxınlarda U-19 millisinin beş futbolçu hərbi xidmətı çağırılıb. Hansı ki, həmin futbolçular komandanın əsas üzvləridir və Avropa çempionatına hazırlaşırlar. Lakin təəssüf ki, AFFA həmin uşaqlara kömək etməkdən imtina edib və yumşaq desək, yaxasını kənara çəkib.