I Divizionda çıxış edən və AFFA-dan maliyələşən komandaların futbolçuları aprel ayında maaş sıxıntısı yaşaya bilər.

Rekord.az xəbər verir ki, futbolçular koronavirusa görə məcburi evə buraxıldıqları üçün maaşlarını hansı formada alacaqları da sual altındadır.

İlk günlər belə söhbət gəzirdi ki, onlar maaşları yalnız məşqlər başlayandan sonra bərpa olunacaq. İndi isə AFFA maaşların ən azı yarısını ödəmək istəyir. Ümumiyyətlə məsələyə aprelin 10-dan sonra tam aydınlıq gələcək.