AFFA I Diviziondan imtina edən klubları cəzalandırmayacaq
- 24 Sen 2020 13:00
- 829
Ötən ilin əsasnaməsinə görə, I Divizionda oynamaqdan imtina edən Premyer Liqa klubu 50 min manat cərimə olunmalıdır.
Lakin Rekord.az xəbər verir ki, AFFA özü tətbiq etdiyi qərarı icra edə bilmir.
Belə ki, bu mövsüm I Diviziondan imtina edən "Qəbələ", "Zirə" və "Səbail" cəzaya məruz qalmayacaq. Çünki sözügedən klubların maddi durumu onsuz da yaxşı deyil. Yəni AFFA da bilir ki, həmin klublar o cəzanı ödəyə bilməyəcək. Ona görə də bu klublara qarşı heç bir cəza və sanksiya tətbiq olunmayacaq.