I Liqada çıxış edəcək və maddi dayaqları güclü olmayan klublar çətin duruma düşüb.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb AFFA-nın dövlət tərəfindən ayırılan vəsaiti sentyabr ayında klubların hesabına köçürəcəyi ilə bağlıdır.

Bu da o deməkdir ki, sentyabra kimi klublar xərcləri özləri qarşılamalıdır. Sponsoru olmayan klublar bu mənada çətinlik çəkir. Bəziləri hətta borc və banklardan kredit götürməyə məcbur olub.