AFFA Icraiyyə Komitəsində bu məsələyə də baxıla bilər: I və II klubları üçün vacib məqam
- 10 May 2024 14:00
- 1081
Mayın 15-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası gözlənilir.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan futbolu ilə bağlı vacib qərarların veriləcəyi gözlənilir.
Saytımıza daxil olan məlumata görə, iclasda I və II liqa klubları üçün dövlətdən ayrılan maliyyənin artırılması məsələsinin də müzakirəsi gözlənilir. Hazırda I Liqa klubları dövlətdən illik 300 min, II liqa klubları isə 50 min manat yardım alır. 2024-cü ildə vergi faizlərinin 5 faizdən 20 faizə qaldırılması klubları çətin vəziyyətdə qoyub. Hazırkı büdcə illik xəcləri qarşılamaq üçün yetərli deyil. Bəzi klublar bununla bağlı AFFA-dan xahiş də ediblər.