AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək.

Toplantı saat 11:00-da başlayacaq.

İclasda Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı yekun qərar veriləcək. Hər iki yarışın ləğv olunacağı gözlənilir.