Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

- Mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı” təsis olunsun

- COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş Azərbaycan milli komandalarının həkimlərinə AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təşəkkür elan olunsun
- Lalə İbrahimova – COVID-19
- Natiq Süleymanov – Vətən müharibəsi