AFFA İK komitəsi bu il iclas keçirməyəcək
- 09 Dek 2020 14:00
- 601
AFFA İcraiyyə Komitəsi böyük ehtimalla bu il ənənəvi il sonu iclasını keçirməyəcək
Rekord.az xəbər verir ki, hazırda belə bir məsələ federasiyanın gündəmində deyil.
Buna həm koronavirus, həm də başqa səbəblər var. Ona görə, keçirilməməsi daha məqsədəuyğun hesab olunur. Əsas millinin baş məşqçisi Di Byazi postunda qalır. U-21-in baş məşqçisi Milan Obradoviçlə bağlı qərarı isə icraçı vitse-prezident-baş katib Elxan Məmmədov verəcək.