
AFFA iki komandanı yarışlardan kənarlaşdırdı
- 19 Fev 2025 16:45
- 86
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-16 Liqasının “Sumqayıt” FK – “Zirə” PFK oyununda “Zirə”nin futbolçusu Fərid Şahverdiyev qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-15 Liqasının “Metak” FK – “Səbail” PFK oyunu bitdikdən sonra “Metak”ın futbolçuları Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov, Əli Zamanov təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalandırılıblar. “Metak”ın cəzalı baş məşqçisi Mehman Səfərov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib. “Səbail”in futbolçuları Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev də təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalandırılıblar.
U-14 Liqasının “Neftçi” İK İB – “Ramana” İM oyunu “Ramana” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Ramana” İM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Hindarx” (Ağcabədi) – “Tərtər” FK oyunu “Hindarx”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Hindarx” (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının “Məhsul” (Zərdab) – “Pambıqçı” (Bərdə) oyunu “Pambıqçı” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Pambıqçı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” (Bərdə) komandası yarışlardan kənarlaşdırılıb.
U-11 Liqasının “Ağdam” FK – “Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Olimpiya” (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasının “Pambıqçı” (Bərdə) – “Ramal” (Tərtər) oyunu “Pambıqçı” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Pambıqçı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” (Bərdə) komandası yarışlardan kənarlaşdırılıb.
U-13 Qızlar liqasının “Dinamo” (Balakən) – “Marxal” (Şəki) oyununda “Marxal” (Şəki) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Marxal” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.