Xəbər verdiyimiz kimi, gələn həftə "Region Liqası"nda yeni mövsümə start verilir.

Rekord.az xəbər verir ki, bunun la bağlıı bütün iştirakçı komandalara emaillə məktub da göndərilib.

Həftəiçi püşkatma keçiriləcək, həftəsonu isə ilk turun oyunları keçiriləcək. Bu arada, məlum məsələdir ki, AFFA illərdi ki, "Region Liqası" komandalarını formalarla təmin edir. Bu dəfə də belə olacaq. Sadəcə, bu dəfə bu məsələdə bir qədər yubanma olacaq. Buna görə də federasiya bütün komandalardan ilk turda köhnə formalarla oynamağı xahiş edir. İkinci tura qədər yeni formaların paylanacağı gözlənilir.