Heç kimə sirr deyil ki, Gəncədə bir qrup insan klub rəhbərliyindən, konkrate İlqar Nadiridən narazıdır və onun istefasını tələb edir. 

Rekord.az xəbər verir ki, "Qəbələ" ilə son oyunda səslənən "istefa" şüarınən böyük hissəsi də məhz ona yönəlmişdi.

Lakin Nadirinin yaxın zamanlarda istefaya getməsi qətiyyən ağlabatan deyil. İlk növbədə ona görə ki, bu şəxs AFFA-ya sərf edir və federasiya tərəfindən dəstəklənir. Səbəb isə çox sadədir: Nadiri sponsorsuzluq fonunda komandaya cibinin pulunu xərcləyir, federasiyadan gecikmələr olan zaman komandanın xərclərini cibindən qarşılayır. Bu isə AFFA-nı tam qane edir. Çünki Nadiri bununla federasiyanın böyük təzyiqdən xilas edir. Bu mənada yeni sponsor gələnə qədər postundan ayrılacağı real görünmür.