"Kəpəz"də sıxıntılar get-gedə artır.

Rekord.az xəbər verir ki, sponsorun tapılmaması Gəncə təmsilçisinin əsas problemidir.

Hazırkı dönəmdə klub rəhbəri İlqar Nadirli faktikji tək qalıb. Gəncədə bəzi qüvvələr onun istefasını istəsə də, AFFA getməsini qəti istəmir. Məsələ bundadır ki, Nadirli bir çox hallarda komanda üçün cibindən pul xərcləyir. Məsələn, federasiyta dövlət tərəfindən ayrılanb vəsaiti sentyabr ayından başlayaraq, klublara ödəməyə başlayır. Komandalar isə hazırlığa yay aylarında başlayırlar. Məhz yay hazırlıq dönəmində "Kəpəz"in bütün xərclərini Nadirli qarşılayır və təbii ki, belə bir şəxsin olması AFFA üçün çox lazımlıdır.