![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo.jpg)
AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələdi
- 29 Noy 2023 16:00
- 239
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1300 manat cərimələyib.
Rekord.az xəbər verir ki, ağ-qaralar" Premyer Liqanın 14-cü turunda "Araz-Naxçıvan"la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.
Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib.