Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” - “Sabah” oyununda stadionda işıqlandırma səbəbindən fasilələr olduğu üçün meydan sahibi klub 4000 manat cərimə olunub.

“Sumqayıt” - “Zirə” oyununda PFL-in Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.