AFFA İsmayıllı ilə bağlı sözünü tutmadı
- 04 Mar 2024 14:00
- 639
AFFA İsmayıllı rayonunda iki meydança tikməli idi.
Rekord.az xəbər verir ki, sabiq baş katib Elxan Məmmədov bu rayona səfər etmiş, icra başçısı ilə boş əraziləırə də baxmışdı.
Həmin meydançalardan biri tikilib istifadəyə verilsə də, federasiya ikinci meydança ilə bağlı sözünü hələ də tutmayıb. Belə ki, kəndlərdən birində tikiləcəyi deyilən meydançadan əsər-əlamət yoxdur. Böyük ehtimalla, Məmmədovun Parisə gedişi ilə bu layihə də təxirə salınmış oldu.