DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda bizə qonşu olan ölkələrin əksəriyyətində azarkeşlərin stadiona buraxılmasına icazə verildi. Rusiya, Gürcüstan və Ermənistanda bunun canlı şahidi olduq. Rusiyada hətta daxili oyunlarda da azarkeşlərin stadiona girişinə qadağa yoxdur.

Rekord.az xəbər verir ki, Azərbaycanda da bunun baş verməsi üçün AFFA-nın addım atması lazımdır.

Belə ki, məhz bu qurum Operativ Qərargaha müraciət edərək, qonşu ölkələrdəki praktikanı nümunə göstərərək, müəyyən qism azarkeşin stadionlara buraxılmasını təklif edə bilər. Lakin əldə etdiyimiz məlumata görə, bu günə qədər AFFA tərəfindən bir dəfə də olsun, bu cür təşəbbüs olmayıb.