AFFA bir neçə böyük şirkətlə danışıqlar aparır.

Rekord.az xəbər verir ki, onların arasında xarici şirkətlər də var.

Əldə etdiyimiz məlumata görə, növbəti mövsümdən Premyer Liqada komanda sayını artırmağı düşünən federasiya sponsoru da həmin komandalat üçün axtarır. Həmin komandalar arasında "Kəpəz" də var. AFFA ilk növbədə Gəncə təmsilçisinə sponsor tapmaq istəyir və danışıqlarda bu məsələ ilk sıradadır. Bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək ki, həmin iclasdan sonra bu haqda da rəsmi açıqlama veriləcəyi gözlənilir.