
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
- 11 Apr 2025 17:00
- 81
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ayaz Abdullayev XIX turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, II Liqa təmsilçisi isə 400 manat cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.