Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda klubların məşqlərə başlaması, həmçinin Azərbaycan Premyer Liqası və Birinci Divizionunun mümkün bərpasının müzakirə olunacağı gözlənilir.