Xəbər verdiyimiz kimi, avrokuboklarda çıxış edəcək klublarımızdan başqa, digər dörd klub da məşqlərə başlamaq üçün AFFA-ya müraciət edib.

Rekord.az xəbər verir ki, klublar onlar üçün də Operativ Qərargahdan icazə alınmasını xahiş edib.

Əldə etdiyimiz məlumata görə, federasiya həmin klublara səbrli olub iyulun 20-dən sonrası üçün açıqlanacaq qərarı gözləməyi məsləhət görüb. Yalnız bundan sonra federasiya uyğun addımlar atacaq.