AFFA Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara top verib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2020/2021-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 (əlli) ədəd top verilib.

Mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına “Nike” topları təqdim olunmuşdu.