Neftin qiymətinin kəskin ucuzlaşması AFFA-dan, dolayısı ilə SOCAR-dan maliyyələşən klubların növbəti mövsüm üçün büdcəsinə də təsir edəcək.

Rekord.az-ən əldə etdiyi məlumata görə, AFFA klublara ayrılacaq büdcələri azalda bilər.

Bu məsələnin iyunda, yəni karantindən sonra geniş müzakirə olunması nəzərdə tutulub.