Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin növbəti iclasının keçiriləcəyi gözlənilir.

Rekord.az xəbər verir ki, həmin iclasda yeni möbsümdən Premyer Liqada komanda sayının artırılması da əsas müzakirə mövzularından olacaq.

Federasiya sayı 12-ə çatdırmağı planlaşdırır. İclasda da hansı komandaların elitaya gətirilməsi, onlara sponsorların tapılması məsələsi komitə üzvləri arasında müzakirə olunacaq. 

Qeyd edək ki, "Sabah"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov da federasiyaın bir neçə böyük şirkətlə danışıq apardığını bildirmişdi.