Bildiyiniz kimi, Bernhad Lippertin gedişindən sonra milli komandaların direktor postu boş qalmışdı. Cahangir Həsənzadə müvəqqəti olaraq almanı əvəz etsə də əsas işi uşaq komandalaı ilə bağlıdır.

AFFA-ya yaxın mənbədən Rekord.az-a daxil olan məlumata görə, federasiya bu postu, ümumiyyətlə, ləğv edib.

Bundan sonra milli komandanın direktoru adlı ştat olmayacaq.