AFFA maliyyə dəstəyini dayandırdı
- 11 Mar 2020 12:00
- 785
AFFA yanvarın 28-də keçirdiyi hesabat-seçki konfransında ötən ilin büdcəsini və xərclərini açıqladı.
Onlardan biri veteran futbolçu, hazırda AFFA-nın İcraiyyə Komitəsində yer alan İsgəndər Cavadovla bağlıdır.
Daha doğrusu, adını daşıyan akademiya ilə. Lap dəqiq deməli olsaq, 2019-cu ildə İsgəndər Cavadov Bakı Futbol Akademiyasına AFFA-dan 26550 manat vəsait ayrılıb.
Ödənilən məbləğ mətbuatda geniş rezonans doğurdu. Əslində, bir akademiya üçün illik 26550 manat böyük vəsait deyil.
BFA-nın Abşeron Olimpiya Kompleksində məskunlaşmasını, 5 yaş qrupu üzrə ölkə çempionatında iştirak etməsini, şəhid və müharibə iştirakçılarının ailə üzvlərindən ödəniş almasını göz önünə gətirsək, federasiyanın ayırdığı,vəsait bəs eləmir.
Rekord.az xəbər verir ki, federasiya artıq bu yardımı dayandırıb. Ötən müddət ərzində akademiyaya 1 manat da verilməyib.
Səbəbi digər akademiya rəhbərlərinin bununla bağlı mediada yaratdığı hay-küy deyil. Heç Cavadovun AFFA-nın vitse-prezidenti seçilməməsindən narazılığı da bunda rol oynamayıb.
Gerçək səbəb İskəndər bəyin 26550 manatın hamısını BFA-ya verməsinə ciddi şübhələrin olmasıdır.
AFFA araşdırıb ki, vəsaitin akademiyanın hesabına köçürülməsinə baxmayaraq, Olimpiya Kompleksinin icarə haqqından xeyli borc qalıb. Həmçinin məşqçilərin və işçilərin əməkhaqqısında artım edilməyib. (sportinfo.az)