![photo](https://www.rekord.az/storage/uploads/4/mehdi2-3.jpg)
AFFA Mehdi Hüseynzadə adına stadionla bağlı hansı rəyi verib?
- 14 Avq 2023 15:00
- 1539
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu tamamilə yenidən qurularaq istifadəyə hazır olsa da, hələ də açılışı olmayıb.
Rekord.az xəbər verir ki, açılışın 7 aydır ki, yubanmasının əsl səbəbi naməlumdur.
Əldə etdiyimiz məlumata görə, AFFA tərəfindən də stadiona baxış keçirilib və istifadəyə tam hazır hesab olunub, bununla bağlı ən yüksək rəy verilib. Sadəcə, açılış olmalıdır ki, stadion daxili və beynəlxalq oyunları qəbul eləsin.