“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Azərbaycan milli komandasını çalışdıra bilər.

Rekord.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Xəbərdə, irlandiyalı mütəxəssisin Azərbaycandan cəlbedici təklif aldığı və bunu qəbul edə biləcəyi bildirilib.

AFFA-ya yaxın mənbənin Kinin onlar üçün ən yaxşı seçim olduğunu təsdiqlədiyi də qeyd olunub. AFFA Kinin tez bir zamanda qərar verməsini istəyir.

Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də forma geyinib. 48 yaşlı Kin daha əvvəl İrlandiya millisində, “Aston Villa” və “Nottinqem Forest” klublarında köməkci-məşqçi kimi çalışıb.