AFFA millinin baş məşqçisi ilə bağlı müzakirəyə hazırlaşır
- 08 İyl 2020 11:50
- 681
İyulun 10-da AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
* Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
* Digər məsələlər
Son olaraq “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin adı Azərbaycan millisiylə hallanırdı. Onunla yanaşı, italiyalı Canni De Byazinin də yığmamızı çalışdırması ehtimalı yüksək qiymətləndirilir.