Xəbər verdiyimiz kimi, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, millimiz oktyabrın 6-dan 13-ə qədər hazırlıq keçəcək.

Bakıda təşkil olunacaq təlim-məşq toplanışında 20 futbolçu iştirak edəcək. Hazırlıq prosesinə Türkiyədən üç futbolçu dəvət alıb. Onlardan ikisi “Qaziantep Karataş”, biri “Kəmər”in üzvüdür. Söhbət  Bozkaya Neslihan  ("Kəmər"), Arzik Semanur ("Qazientep Karataş") və Bir İremdən gedir  ("Qazientep Karataş"). Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, AFFA bu futbolçuların milliyə gəlişi üçün onların təmsil etdikləri klublara müəyyən məbləğdə pul ödəyib.