AFFA-nın Mingəçevir futbolu ilə bağlı planları haqda məlumat vermişdik. Süni örtüklü meydançaların quraşdırılması, “Kür nur”un bərpası, I Divizion məsələsi və s.

Rekord.az xəbər verir ki, federasiya Mingəçevir futboluna təhkim edəcəyi kuratorunu da böyük ölçüdə müəyyənləşdirib.

Əgər bütün planlar reallaşsa, AFFA-nın Mingəçevirdəki nümayəndəsi sabiq futbol hakimi Rövşən Əhmədov olacaq. O, həm klubda, həm də şəhər futbolunda AFFA-nın əsas adamı olacaq.