Heç kimə sirr deyil ki, Azərbaycan futbolu acınacaqlı durumda olsa da, demək olar ki, futbol mütəxəssisləri bu haqda heç nə danışmır. Böyük əksəriyyət ağzına su alıb durub, federasiyaya xoş gəlməz deyə, bir kəlmə də danışmır. Az sayda danışan bir neçə nəfərə də bu yaxınlarda AFFA-dan söz göndərilib.

Rekord.az-a daxil olan məlumata görə, federasiya ara sıra mətbuatda tənqidi fikirlər səsləndirən həmin məşqçilərə söz göndərib ki, tənqidi fikirlərini dayandırsınlar və AFFA haqda heç nə deməsinlər.

Guya federasiya yaxın zamanlarda həmin məşqçiləri işlə təmin edəcək. Kimsə sözə qulaq asmayıb tənqidə davam etsə, o zaman ona heç yerdə işləmək imkanı verilməyəcək.