Məlum olduğu kimi, “Neftçibaza” uzun müddətdir ki, istismar olunur.

Rekord.az xəbər verir ki, bazanın süni örtüklü meydançası istismar müddətini çoxdan başa vurub.

Hətta AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov hələ baş katib olan zaman bu məsələni gündəmə gətirmiş,  qazonun dəyişdirilməsi ilə bağlı bazanın direktoru Oqtay Abdullayevə “mesaj” da göndərmişdi. Abdullayev isə bazanın qazonunun AFFA-nın hesabına dəyişdirilməsinə cəhd etmişdi. Bu cəhd 2 ildən artıqdır davam edir. Lakin federasiya hələ də bunun üçün vəsait ayırmaq istəmir. Bir sözlə, məsələ hələ də açıq olaraq, qalır.