Azərbaycan milli komandasının futbolçusu, hazırda İspaniyada “Albasete” klubunda oynayan Eddi İsrafilov Daqlığ Qarabağda baş verən hadisələrə münasibət bildirməkdən imtina edib.

Rekord.az xəbər verir ki, “azerisport.com”un bununla əlaqədar hazırladığı yazıda qeyd edilib ki, saytın müxbiri cəbhədə baş verənlərin Avropadan necə görünməsi və futbolçunun bununla bağlı nə düşünməsi ilə əlaqədar E.İsrafilovla əlaqə saxlamaq istəyib. Eddinin adından saytın suallarına onun əslən Azərbaycandan olan anası İradə İsrafilova cavab verib. Cavab təəccüblü olub.

“Biz neytral ərazidə yaşayırıq və o, (Eddi İsrafilov – red.) siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır? O, matçlara gedir, bütün İspaniyanı gəzir və bir gün bir erməni ilə yolu kəsişəcək. Eddi dedi ki, İnstaqramdakı səhifəsində orduya dəstək məqsədilə hansısa şəkilli bir söz paylaşacaq. Amma siyasətə dair heç bir müsahibə verməyəcək”.

Qeyd edək ki, Eddi 2015-ci ildən Azərbaycan millisinə cəlb olunub. Onun atası anqolalı, anası isə azərbaycanlıdır. Qeyri-rəsmi məlumata görə,  futbolçunun yığmamızda oynaması üçün AFFA tərəfindən yüzminlərlə avro pul xərclənib