AFFA-nın 1 milyon verdiyi futbolçu İspaniyada heç kimə lazım deyil
- 02 Sen 2021 16:00
- 857
Azərbaycan millisindən çıxış etmiş Eddi İsrafilov klubsuz qalıb.
Rekord.az xəbər verir ki, iyunda "Albasete"dən ayrılan yarımmüdafiəçi “qara zolağ”a düşüb.
Ispaniya Sequndasında mübarizə aparan “Amorebyeta” və “Burqos” onun xidmətinə ehtiyac duymayıb.
Həmçinin “Lugo” də menecerlərin təklif etdiyi orta sahə oyunçusu ilə anlaşmağa maraq göstərməyib.
Sequndanı 38 xalla sonuncu - 22-ci sırada başa vuran "Albasete" 18 futbolçusu ilə vidalaşmalı olub. Onların sırasında 2019-cu ildən bu formanı geyinən millimizin 29 yaşlı sabiq üzvü də var.