Frits Ştuxlikin Azərbaycan futboluna vurduğu zərbə tək hakimliklə bağlı deyil.

Rekord.az xəbər verir ki, ayda 20 min avrodan yuxarı maaş alan avstriyalı AFFA-nın özünə də əməli-başlı maddi zərbə vurub.

Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Ştuxlik ötən il hakimlər üçün yeni qulaqcıqların alınmasının vacibliyini bildirib və onun vasitəsi ilə federasiya Avstriyadan qiyməti heç də ucun olmayan yeni qulaqcıqlar sifariş verib. Lakin bir müddətdən sonra məlum olub ki, həmin qulaqcıqların çoxu yaxşı işləmir. Məhz bu səbəbdən oyunlar zamanı yan xətt hakimləri ilə mərkəz hakim arasında anlaşılmazlıqlar olub, ədalət təmsilçiləri bir-birlərinə ötürdükləri məlumatları ala bilmirlər. Bu anlaşılmazlıqlar səbəbindən də xeyli sayda hakim səhvləri qeydə alınır.