Yeni mövsümdən I Liqada oyun qəbul edəcək stadionlardan biri də Ağsu stadionudur.

Lakin Rekord.az xəbər verir ki, arenanın durumu heç də münasib deyil.

İlk növbədə süni örtüklü qazon istismar müddətini çoxdan başa vurub. Hazırkı durumda bu cür meydançada oyun keçirmək çox böyük riskdir. İkinci bir məsələ tribunaların dam örtüyü ilə bağlıdır. Belə ki, xeyli müddətdir əl gəzdirilməyəm tribunalar və dam örtükləri də yavaş-yavaş dağılır. Paylaşdığımız fotodan da görə bilərsiniz ki, dam örtükləri yağışın və küləyin təsirindən qopub düşüb. Oyun zamanı da analoji proses baş verərsə, damdan qopan hansısa parça azarkeşlərin həyatı üçün təhlükə yarada bilər.