
AFFA-nın baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
- 17:30
- 44
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.
Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.