AFFA-nın baş katibindən Samir Ələkbərova yubiley təbriki
- 14 Noy 2023 20:43
- 254
AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının və “Neftçi”nin veteran futbolçusu, müxtəlif klublarda məşqçi kimi fəaliyyət göstərmiş Samir Ələkbərovla görüşüb.
Rekord.az xəbər verir ki, baş katib Ələkbərovu 55 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.