
AFFA-nın əcnəbi hakim planı
- 12:00
- 75
Növbəti mövsüm Premyer Liqada komanda sayının artırılması hakimliklə bağlı problemi yenidən gündəmə gətirib.
Rekord.az xəbər verir ki, hazırda bu sahədə ciddi problemlər var.
"Araz Naxçıvan" - "Qarabağ" matçında yaşananlar, hakimlərin baş verənlərə qeyri-adekvat yanaşması da problemin ciddiliyindən xəbər verir. Komanda sayının artması rəqabətin də artacağına işarədir ki, hazırkı hakimliyin səviyyəsi bununla uzlaşmaua bilər Məhz bu məqamı nəzərə alan AFFA növbəti mövsümün mühüm əhəmiyyət kəsb edən oyunlarında əcnəbi hakimlərin xidmərinə ehtiyac duya bilər. Hazırda bununla bağlı müzxakirələr aparılır.